ABŞ Rusiya ilə “SOYUQ MÜHARİBƏ”yə girdiyini bəyan edirbackend

ABŞ Rusiya ilə “SOYUQ MÜHARİBƏ”yə girdiyini bəyan edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Nümayəndələr palatasının Xarici əlaqələr komitəsinin üzvü, respublikaçı siyasətçi Maykl Makkol Birləşmiş Ştatların və Rusiya Federasiyasının yenidən “soyuq müharibə”yə girdiyini bəyan edib.

Editor.az xarici agentliklərə istinadən xəbər verir ki, o, bunu CNN telekanalının efirində söyləyib.

“Mən belə düşünürəm, çünki RF prezidenti Vladimir Putin yenidən qarşıdakı rəqiblərində zəiflik hiss edir”,-deyə o, bildirib.

Amerikalı konqresmenin fikrincə, Rusiya rəhbərliyi Ukraynaya hücum etsə, bu o deməkdir ki, artıq “belə bir zaman yetişib”. Onun qənaətinə əsasən, Kreml çoxdan sovet imperiyasının şöhrətini bərpa etmək istəyir, indi Ukrayna onun növbəti “ovu”dur.

Maykl Makkol Rusiyanı dayandırmaq üçün Ukraynaya daha çox silah satmağa, onun ordusuna kömək etməyə çağırıb./musavat.com