ABŞ Rusiya Macarıstan yaxınlaşmasından narahatdırbackend

ABŞ Rusiya Macarıstan yaxınlaşmasından narahatdır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Macarıstandakı səfiri David Pressman NATO ölkələri arasında Rusiya prezidenti Vladimir Putin və Macarıstanın baş naziri Viktor Orban arasında görüşlə bağlı narahatlığını ifadə edib.

Liderlərin danışıqlarından sonra alyans ölkələrinin səfirləri Rusiya-Macarıstan münasibətləri ilə bağlı mümkün təhlükəsizlik təhdidlərini müzakirə ediblər.

Editor.az bildirir ki, o bu barədə “Azad Avropa”/”Azadlıq Radiosu”na müsahibəsində deyib. “Biz Macarıstanı müttəfiq hesab edirik, lakin eyni zamanda Ukraynadakı müharibəyə baxmayaraq, onun Rusiya ilə münasibətlərini gücləndirdiyini görürük”, Pressman deyib.

Onun sözlərinə görə, NATO müttəfiqləri qlobal təhlükəsizlikdən narahatdırlar. “Bloomberg”in məlumatına görə, NATO səfirlərinin görüşündə Macarıstanın alyansa üzvlük üçün müraciəti hələlik təsdiqlənməmiş İsveçin nümayəndəsi iştirak edib. Macarıstanın beynəlxalq məsələlər üzrə dövlət katibi Zoltan Kovacs X sosial şəbəkəsində yazıb ki, Macarıstanın Rusiya ilə əlaqələrini gücləndirməyin əsas səbəbi Ukraynadakı vəziyyətin sülh yolu ilə həlli üçün açıq ünsiyyət imkanıdır. Bundan əlavə, o qeyd edib ki, ölkənin “aşkar enerji asılılığı” qalmaqdadır.

Qeyd edək ki, Vladimir Putin və Viktor Orban arasında danışıqlar oktyabrın 17-də Pekində baş tutub.

//Samir Qurbanov, Editor.az