ABŞ Rusiya mediası ilə əməkdaşlıq edən amerikalıların evlərində yeni axtarışlara başlayırbackend

ABŞ Rusiya mediası ilə əməkdaşlıq edən amerikalıların evlərində yeni axtarışlara başlayır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ rəsmiləri Rusiya mediası ilə əməkdaşlıq edən vətəndaşların evlərində yeni axtarışlar aparmağa hazırlaşır.

Editor.az New York Times (NYT)a istinadən xəbər verir. Nəşr bildirib ki, ABŞ Ədliyyə Nazirliyi prezident seçkiləri öncəsi “Kremlin Amerika cəmiyyətinə təsir əməliyyatlarına” qarşı çıxmaq niyyətindədir. Müstəntiqlər sanksiyaların açıqlanması və xarici hökumətlər adından lobbiçilik fəaliyyəti ilə bağlı mümkün qanun pozuntularını araşdırır. Bu məqsədlə nazirlik genişmiqyaslı araşdırmalara başlayıb. Bununla bağlı yaxın vaxtlarda Rusiya mediası ilə əməkdaşlıq edən amerikalıların evlərində yeni axtarışların aparılacağı gözlənilir. Mənbələr cinayət işi açılacağını istisna etməyib.

Avqustun 16-da ABŞ Federal Təhqiqatlar Bürosu (FTB) politoloq və Birinci Kanalın aparıcısı Dmitri Simsin evində axtarış aparılması faktını təsdiqləyib. Avqustun 7-də FTB agentləri keçmiş Amerika kəşfiyyatçısı Skott Ritterin evində axtarış aparıblar. Daha sonra kəşfiyyat xidməti Ritterin Nyu York əyalətindəki evində araşdırmaların davam etdiyini təsdiqləyib.

//Gülnarə Abasova, Editor.az