ABŞ–Rusiya münasibətlərində istiləşmə var, lakin “Ukrayna düyünü” hələ açılmayıb…backend

ABŞ–Rusiya münasibətlərində istiləşmə var, lakin “Ukrayna düyünü” hələ açılmayıb…

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ ilə Rusiya arasında bu ilin əvvəllərindən etibarən müşahidə olunan soyuqluq yerini qismən istiləşməyə verib. Onun sözlərinə görə, bu prosesin əsas təşəbbüskarı ABŞ Prezidenti Donald Trampdır”.

Bunu Editor.az-a açıqlamasında beynəlxalq münasibətlər üzrə şərhçi Cavanşir Abbaslı bildirib.

“Tramp ikinci dəfə hakimiyyətə qayıtdıqdan sonra Kremlə qarşı addımlar atmağa başladı. Buna görə sərt tənqidlərə tuş gəldi, hətta Amerikanın beynəlxalq imicinə müəyyən zərbələr də dəydi. Lakin o, sülhpərvər rolunda sona qədər çıxış etməkdə israrlı göründü. Məhz bu siyasətin nəticəsidir ki, Tramp Nobel Sülh Mükafatına da namizəd göstərildi,” – deyə Abbaslı vurğulayıb.

Şərhçiyə görə, həm ABŞ, həm də Rusiya siyasi elitalarında münasibətləri normallaşdırmaq arzusu açıq hiss olunur. Lakin “Ukrayna düyünü” hələ də buna mane olur:

“Bu düyünün açılması yalnız Putindən asılıdır və o, buna imkan vermir. Rusiya heç zaman Ağ Evin istədiyi sülh şərtləri daxilində sənədə imza atmayacaq. Putin diktə edən tərəf kimi görünmək istəyir. Onun düşüncəsinə görə, savaşı aparan tərəf üstün tərəfdir və başqalarının diktə etdiyi qaydaları qəbul etməməlidir.”

Abbaslı hesab edir ki, Tramp və digər dünya liderləri Putinin inadkar mövqeyinin fərqindədirlər:

“Onlar yaxşı anlayırlar ki, Kreml sahibi istəsə, bu savaşı daha bir neçə il davam etdirə bilər. Amma Qərb buna hazır deyil. Avropa artıq Ukrayna müharibəsindən yorulub və müəyyən məqsədlərinə çatıb.”

Siyasi şərhçiyə görə, bütün bunlar fonunda Rusiyanın ABŞ başda olmaqla Qərb müttəfiqləri ilə yaxın gələcəkdə siyasi dialoqdan daha isti münasibətlərə keçməsi mümkündür: “Əslində NATO ölkələri də bunu çox arzulayır.”

//Gülnarə Abasova, Editor.az