ABŞ Rusiya neftinə qadağa qoyurbackend

ABŞ Rusiya neftinə qadağa qoyur

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Konqresinin Nümayəndələr Palatasının (Konqresin aşağı palatası) spikeri Nensi Pelosi Rusiyanı təcrid etmək üçün qanunvericilik variantlarını, o cümlədən Rusiya neftinə qadağa qoyulması məsələsinin araşdırdığını bildirib.

Editor.az UNİAN-a istinadən xəbər verir ki, bu barədə “The Hill” məlumat yayıb. Pelosi həmkarlarına ünvanladığı məktubda “Bizim qanunumuz Rusiyanın ABŞ-a neft və enerji idxalını qadağan edəcək, Rusiya və Belarusla normal ticarət əlaqələrini ləğv edəcək və Rusiyanın Ümumdünya Ticarət Təşkilatına girişini qadağan edəcək ilk addımı atmaq niyyətində olduğunu, həmçinin, hakimiyyətin icra qanadına Rusiya idxalına tarifləri artırmaq səlahiyyəti veriləcəyini” açıqlayıb. Pelosi onu qeyd edib ki, Bayden administrasiyası Ukraynaya humanitar, hərbi və iqtisadi dəstək üçün 10 milyard dollar ayırmağı istəyib və Konqres yaxın günlərdə bu təcili maliyyələşdirməni qanunvericiliyinin bir hissəsi kimi təsdiqləmək niyyətindədir.

//Gülnarə Abasova, Editor.az