ABŞ hakimiyyəti yanvarın 24-də Nyu Orleanda keçirilən “Beynəlxalq Taxıl Şurası”nın iclasında rusiyalı diplomatların iştirakına icazə verməyib.
Editor.az bildirir ki, bu barədə Rusiyanın ABŞ-dakı səfirliyindən məlumat veriblər. Məlumata görə, Dövlət Departamentinin rus diplomatlarının Vaşinqtondan kənarda işgüzar səfərləri ilə bağlı müraciətlərini rədd edənlərin sayı “daim artır” və Amerika rəsmiləri qərarların səbəbini izah etmirlər.
“Yanvarın 24-də Nyu Orleanda “Beynəlxalq Taxıl Şurası”nın iclasında diplomatların iştirakına qadağa qoyulması dəhşətli haldır. ABŞ belə bir hərəkəti ilə açıq şəkildə nümayiş etdirir ki, çoxtərəfli görüşlərə ev sahibliyi edən ölkə kimi öz öhdəliklərini asanlıqla pozmağa hazırdır”, – Rusiya səfirliyinin şərhində deyilir. Rusiya diplomatik missiyası iddia edir ki, “Rusiya-Amerika münasibətlərinin tarixi nöqteyi-nəzərindən əhəmiyyətli olan tədbirlərdə Rusiyanın iştirakına maneələr normaya çevrilib”
. Rusiya səfirliyi ABŞ-ı “ikitərəfli münasibətlərin daha da zəiflədilməsi istiqamətində kursun nəticələrini ayıq şəkildə qiymətləndirməyə” və həmçinin beynəlxalq görüşlərin təşkilinə məsuliyyətlə yanaşmağa çağırıb.
//Samir Qurbanov, Editor.az

