ABŞ: “Rusiya strateji, əməliyyat və taktiki baxımdan məğlub olub”backend

ABŞ: “Rusiya strateji, əməliyyat və taktiki baxımdan məğlub olub”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Belçikanın paytaxtı Brüsseldə keçirilən NATO Müdafiə Nazirləri Toplantısı öncəsi Ukrayna Müdafiə Təmas Qrupu 9-cu dəfə toplaşıb.

Editor.az xarici mediaya istinadən bildirir ki, ABŞ Müdafiə naziri Lloyd Ostin və ABŞ Baş Qərargah rəisi general Mark Milley Ukrayna Müdafiə Təmas Qrupu Toplantısından sonra birgə mətbuat konfransı keçirib.

“Yazda hücum təşkil etmələrini gözləyirik. Buna görə də biz Ukrayna Müdafiə Təmas Qrupunun bütün tərəfdaşları, onların döyüş meydanında yaratmaq istədikləri effektlərə görə zireh, atəş və təchizata malik olmasını təmin etmək üçün çox çalışırıq. Rusiya indi qlobal olaraq meydandan kənarlaşdırılıb. Dünya Ukraynanın cəsarəti və möhkəmliyindən ilhamlanmağa davam edir. Bir sözlə, Rusiya məğlub olub. Onlar strateji, əməliyyat və taktiki cəhətdən məğlub olurlar və döyüş meydanında çox böyük bədəl ödəyirlər”, -deyə Milley bildirib.

//Safura Bənnayeva, Editor.az

Facebook Notice for EU! You need to login to view and post FB Comments!