ABŞ Rusiya-Ukrayna İstintaq Qrupunu tərk edirbackend

ABŞ Rusiya-Ukrayna İstintaq Qrupunu tərk edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ nümayəndələri Ukrayna münaqişəsi ilə bağlı Rusiya-Ukrayna İstintaq Qrupunu tərk edir.

Editor.az bu barədə New York Times-a istinadla xəbər verir.

“ABŞ Rusiyanın Ukraynadakı hərəkətlərini araşdırmaq üçün yaradılmış çoxmillətli qrupdan çıxır”,-deyə bildirilib.

Nəşrin müəllifləri qeyd ediblər ki, sözügedən qərar ABŞ prezidenti Donald Tramp administrasiyasının Ukrayna münaqişəsinə münasibətinin dəyişməsini əks etdirir.

Qeyd edək ki, ABŞ 2023-cü ildə Rusiya və müttəfiqlərinin hərəkətlərini araşdıran qrupa qoşulub. Avropadan kənarda qrupla aktiv şəkildə əlaqə saxlayan və istintaqda iştirak edən yeganə ölkə ABŞ olub.

//Gülnarə Abasova, Editor.az