ABŞ Energetika Nazirliyi Rusiyanın nüvə yanacağından imtina etmək istədiklərini və alternativ tədarükçülər axtardıqlarını bildirib.
Editor.az xəbər verir ki, bu barədə ABŞ Energetika Nazirliyinin açıqlamasında bildirilir.
“Hazırda yüksək analizli aşağı zənginləşdirilmiş uranı (HALEU) satan yeganə şirkət Rusiya dövlət enerji şirkəti “Rosatom”a daxil olan TENEX-dir”,-deyə bildirilib.
Nazirlik HALEU-nun TENEX-dən alınmasını dayandırmaq istədiklərini və bunun üçün alternativ təchizatçı axtardıqlarını qeyd edib. Bundan əlavə, ABŞ Energetika Nazirliyi ölkə daxilində HALEU istehsalına təqribən 500 milyon dollar maliyyə ayırdıqlarını və layihənin maliyyələşdirilməsini genişləndirmək imkanlarını qiymətləndirdiklərini bildirib. Nüvə silahlarının yayılması sahəsində çalışan ekspertlər xəbərdarlıq ediblər ki, dünyada bu resursdan artan asılılıq nüvə qeyri-sabitliyini də artıra bilər, çünki bu yanacaq nüvə silahı istehsalı üçün lazım olan materiala yaxındır.
Ötən ilin oktyabrında ABŞ Rusiyadan uran alışını üç dəfə artıraraq 43,25 tona çatdırıb.
//Gülnarə Abasova, Editor.az