ABŞ Rusiya və Çin üzündən NATO-nun dağılacağını istisna etmirbackend

ABŞ Rusiya və Çin üzündən NATO-nun dağılacağını istisna etmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Dünyada yeni mərkəzlərin (Rusiya, Çin və Hindistan) təsirini artırdığı geosiyasi dəyişikliklər şəraitində NATO mövcudluğunu dayandıra bilər.

Editor.az bu barədə  “Hill”ə istinadla yazır.

“Alyansı yeni, çoxqütblü reallığa uyğunlaşdırmaq. Çox güman ki, qeyri-mümkün olacaq və əlbəttə ki, sərf olunan vaxta, pula və enerjiyə dəyməz”, – nəşr yazır.

Sənəddə bildirilir ki, hazırkı beynəlxalq siyasi şəraitdə birqütblü nizama son qoyulub və dünya yeni dövrə qədəm qoyub. Hillə görə, mövcud ittifaqlar bu yeni dünya nizamında marjinal rol oynamağa davam edə bilər və onların əhəmiyyəti çox güman ki, azalacaq. Bu kontekstdə nəşrin müəllifləri sual verirlər: NATO həqiqətən “xilas etməyə” dəyərmi?

Bundan əvvəl Çin Xarici İşlər Nazirliyinin rəsmi nümayəndəsi Lin Jian NATO-nun bloka səbəb olan münaqişəyə görə dünya ictimaiyyəti üçün ciddi təhlükə mənbəyi olduğunu bildirmişdi.

//Gülnarə Abasova, Editor.az