ABŞ Rusiya və Çini kosmosda da təqib edəcəkbackend

ABŞ Rusiya və Çini kosmosda da təqib edəcək

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

2025-ci ildə ABŞ peykləri sıxışdırmaq üçün nəzərdə tutulan əməliyyat sistemləri istifadəyə veriləcək.

Editor.az bu barədə “Bloomberg”ə istinadən xəbər verir. Agentliyin məlumatına görə, hərbçilər 2025-ci ilin yanvar-mart ayları arasında bu silahlardan 32 ədədin döyüş hazırlığını yoxlamaq niyyətindədir.

Nəşrin həmsöhbətinin sözlərinə görə, Kosmik Qüvvələri bu hərbi texnologiya ilə bağlı əvvəllər mövcud olan texniki çətinlikləri aradan qaldırmağa nail olub. “Münaqişənin ilkin mərhələlərində Çin və Rusiya peyklərini sıxışdırmaq üçün nəzərdə tutulmuş silahların gələn il planlaşdırılandan iki il sonra hazır olacağı gözlənilir”, – nəşr qeyd edib.

“L3Harris Technologies Inc-in Meadowlands” kimi tanınan sistemi 2020-ci ildə istifadəyə verilmiş “əks-kommunikasiya sisteminin” yüngül mobil versiyasıdır. Yeni model yenilənmiş proqram təminatını qəbul edə bilir və daha çox tezlikləri tıxanmağa qadirdir. Onların əvvəlcə 2022-ci ilin oktyabrında təhvil verilməsi planlaşdırılırdı, lakin bildirilməyən texniki problemlərlə əlaqədar proses yubanıb.

//Samir Qurbanov, Editor.az