“9-10 iyul 2021ci il-də Cənab Prezident İlham Əliyevin tapşırığı ilə ölkəmizdə akreditasiya olunmuş diplomatik korpus başçılarının Azərbaycanın işğaldan azad olunmuş ərazilərimizə səfəri təşkil edilib. ATƏT-in Minsk qrupu həmsədr ölkələrinin səfirlərinin səfərlə bağlı təklifdən imtina etməsi bir daha onu göstərir ki, bu ölkələr münaqişənin yenidən alovlanması və bölgədə destruktiv fəaliyyətin davam etməsində maraqlıdırlar”
Bu sözləri Editor.az- a açıqlamasında politoloq İlyas Hüseynov bildirib.

Onun sözlərinə görə, ATƏT-in Minsk qrupu 30 il-ə yaxın müddətdə baş vermiş danışıqlar fonunda işğalçı ilə işğala məruz qalan tərəf arasında heç bir fərq qoymadan prosesi davam etdirib:
“ABŞ, Rusiya və Fransa səfərdən imtina etməklə onu göstərdi ki, 30 ildir Azərbaycan -Ermənistan münaqişəsi dövründə diplomatik siyasi müstəvidə danışıqlar niyə baş tutmurdu. Bundan sonrakı proseslərdə bu ölkə səfirlərinin diplomatik korpus daxilində baş tutacaq digər tədbirlərə dəvəti məsələsi də gündəmdə olmalıdır. Onlar diplomatik qaydalar haqqında Vyana Konvensiyasına uyğun olaraq ölkə qanunvericiliyi ilə müəyyən məsuliyyətə cəlb oluna bilərlər. Mütləq şəkildə onların azad olunmuş ərazilərimizə səfəri tələb olunmalıdır. Çünki təmsil etdikləri dövlətlər yeni geosiyasi reallıqlarla barışırlar və bunu qəbul edirlər. Bu həmsədr ölkələr 10 noyabr bəyanatı və onun icrası istiqamətində praktiki fəaliyyətdə iştirak edirlər. Lakin buna rəğmən bu səfirlərin Şuşaya səfəri qəbul etməmələri böyük təəssüf doğurur”
Politoloq qeyd edib ki, sözügedən səfərdə Azərbaycana qarşı qərəzli mövqe nümayiş etdirən bir sıra ölkələrin də Azərbaycandakı səfirləri yer alıblar.
//Gülnarə Abasova, Editor.az

