ABŞ rusiyalı oliqarx Abramoviçin iki təyyarəsinin müsadirə edilməsinə qərar veribbackend

ABŞ rusiyalı oliqarx Abramoviçin iki təyyarəsinin müsadirə edilməsinə qərar verib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Nyu-York ştatının federal hakimi rusiyalı oliqarx Roman Abramoviçə məxsus iki şəxsi təyyarəni ələ keçirməklə bağlı qərar verib.

Editor.az ABŞ mətbuatına istinadla xəbər verir ki, hakim Sarah Cave-in qərarı Rusiyanın Ukraynaya müdaxiləsindən sonra Qərbin Rusiya lideri Vladimir Putinə yaxın oliqarxlara qarşı tətbiq etdiyi bir sıra sanksiyalar çərçivəsində qüvvəyə minib. Qərar çərçivəsində Abramoviç adına qeydiyyatda olan “Boeing 787-8 Dreamliner” və “Gulfstream G650ER” təyyarələrinə həbs qoyulacaq. Halbuki hazırda 350 milyon sərvəti olan Boeing Dubayda və 60 milyon dollar dəyərində olan Gulfstream Rusiyada yerləşir. ABŞ-ın təyyarələri ələ keçirməsi üçün onlar öz ərazisinə gətirilməlidir. ABŞ Ədliyyə Nazirliyinin prokurorları bu təyyarələrin mart ayında Rusiyaya uçaraq sanksiyaları pozduğunu bildiriblər.

Qeyd edək ki, 55 yaşlı Abramoviç 2003-cü ildən keçən ilə qədər Premyer Liqa nəhəngi Chelsea Futbol Klubunun sahibi olub. Sanksiyalardan sonra rusiyalı oliqarx klubu satmalı olub.

//Gülnarə Abasova, Editor.az