ABŞ Rusiyanı G8-ə qayıtmaq istəyir, Avropa icazə vermirbackend

ABŞ Rusiyanı G8-ə qayıtmaq istəyir, Avropa icazə vermir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Almaniya kansleri Fridrix Merts, ABŞ-ın Ukrayna üçün “sülh planı”nda nəzərdə tutulduğu kimi, Rusiyanın G8-ə qayıtması ideyasını rədd edib.

“Deutsche Welle”nin məlumatına görə, o, Yohannesburqdakı G20 sammitindən sonra keçirilən mətbuat konfransında bildirib: “Hazırda Amerikanın olmadığı altı hazırkı G7 üzvü arasında Rusiyanı bu qrupa yenidən qəbul etmək üçün heç bir istək görmürəm”.

Bundan əlavə, Merts vurğulayıb ki, G8 formatına qayıtmaq yalnız konsensus yolu ilə razılaşdırıla bilər. Fransa prezidenti Emmanuel Makron da bir gün əvvəl oxşar fikir bildirib və Rusiyanın yenidən qəbul edilməsi üçün heç bir ilkin şərt olmadığını deyib.

//Samir Qurbanov, Editor.az