ABŞ Dövlət Departamenti Rusiyanı Qara dənizin blokadasına son qoymağa və Ukraynadan ixracı iflic etməklə qlobal ərzaq problemi yaratmamağa çağırıb.
Editor.az-ın xəbərinə görə, bunu dövlət katibi Entoni Blinken deyib. “Ukrayna kənd təsərrüfatı məhsullarının kritik vacib ixracatçısı və qlobal ərzaq tədarükü zəncirinin əsas halqasıdır. Rusiyanın blokadası bu malların ixracına mane olur, bütün dünyada milyonlarla insan üçün qida çatışmazlığı və aclıq təhlükəsi yaradır. Blokadaya son qoyulmalıdır”, – Blinken bildirib.
Editor.az

