ABŞ Rusiyanı “terrorizmə sponsorluq edən dövlət” elan etməyə hazırlaşırbackend

ABŞ Rusiyanı “terrorizmə sponsorluq edən dövlət” elan etməyə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika Birləşmiş Ştatları Rusiyanı Ukraynaya genişmiqyaslı işğal hərəkətlərinə görə, onu terrorizmə himayədarlıq edən dövltı elan etmək məsələsini nəzərdən keçirir.

Editor.az xəbər verir ki, bunu “Azadlıq” radiosuna müsahibəsində ABŞ-ın Ukraynadakı səfiri Bridcet Brink deyib. “Rusiyanın terrorizmin dövlət himayədarı kimi elan olunmasına gəlincə, biz bu məsələni nəzərdən keçiririk. Məsələ ABŞ qanunlarına uyğunluğu baxımından hərtərəfli təhlil tələb edir. Biz bütün mövcud vasitələrdən, o cümlədən terrorizmə sponsorluq edən bir ölkə üçün istifadə ediləcək çoxlu üsullardan istifadə edirik.

Eyni zamanda, bunun elan edilməsini də ciddi şəkildə nəzərdən keçiririk. Və biz Rusiyanı qanunlarımıza uyğun olaraq məsuliyyətə cəlb etməyə davam edəcəyik”, – Brink bildirib.

O həmçinin qeyd edib ki, ABŞ Rusiya Federasiyasına qarşı “həcm və effektivlik baxımından təsirli görünməmiş sayda sanksiyalar” tətbiq edib.

 Fərrux, Editor.az