ABŞ Rusiyanı “terroru dəstəkləyən ölkə” hesab etmirbackend

ABŞ Rusiyanı “terroru dəstəkləyən ölkə” hesab etmir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
 ABŞ Rusiyanın terrorizmi himayə edən ölkələr siyahısına daxil edilməsi təşəbbüsünü faydalı hesab etmir.
Editor.az xəbər verir ki, bunu Ağ evin mətbuat katibi Karine Jan-Pyer bildirib. O, Vaşinqtonun qərarının qəti olduğunu təsdiqləyib. Xanım Jean-Pierre deyib ki, Rusiyanın bu siyahıya əlavə edilməsi Ukraynanın özü üçün gözlənilməz nəticələrə səbəb ola bilər. Xüsusən də ərzaq ixracında problemlərə səbəb olacaq.
“Prezidentin özünün dediyi və düşündüyümüz kimi, bu, irəliləmək üçün ən təsirli və güclü vasitə deyil… Rusiyanı terrorizmin himayədarı kimi tanımaq Ukrayna və dünya üçün gözlənilməz nəticələrə səbəb ola bilər, humanitar yardımın göstərilməsi məsələlərini və Qara dənizlə bağlı razılaşmanı təhlükə altına qoyar”, – Jan-Pyer bugünkü mətbuat konfransında deyib. Bundan əvvəl ABŞ prezidenti Co Bayden də Rusiyanın terrorizmin himayədarı kimi tanınıb-tanınmaması ilə bağlı suala müsbət baxmadığını bildirmişdi. Qeyd edək ki, iyulun sonunda ABŞ konqresmenləri Rusiyanı terrorizmi dəstəkləyən ölkə kimi tanıyan qanun layihəsi hazırlayıblar.
  //Samir,Editor.az