ABŞ Rusiyanın 50 milyardını Ukraynaya ayırmaq istəyirbackend

ABŞ Rusiyanın 50 milyardını Ukraynaya ayırmaq istəyir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Ukraynaya 50 milyard dollar yardım ayırmaq üçün G7-nin digər ölkələri ilə danışıqlar aparır.

Editor.az  axar.az-a istinadən xəbər verir ki, bu barədə “Blumberq” mənbələrinə istinadən məlumat yayıb.

“Bu məbləğin əhəmiyyətli hissəsinin dondurulmuş Rusiya aktivlərindən istifadə etməklə ödənilməsi planlaşdırılır.

Ağ Ev iyunda İtaliyada keçiriləcək G7 sammitində razılaşmanın imzalanmasına nail olmaq istəyir. Bu mövzuda müzakirələr çətindir və sazişin bağlanması bir neçə ay çəkə bilər. Dondurulmuş Rusiya aktivlərinin istifadəsinə etirazını dayandırması üçün ABŞ-ın AB-yə təzyiq göstərəcəyi gözlənilir”,- məlumatda deyilir.

ABŞ-ın maliyyə naziri Janet Yellen də Ukraynaya 50 milyard dolların ayrılması ilə bağlı danışıqların getdiyini təsdiqləyib:

“Bunu müzakirə edirik. İstərdik ki, bütün G7 ölkələri iştirak etsin və ABŞ bunu təkbaşına etməli olmasın”.