AB Sanksiyaları üzrə Elçisi Devid O’Sullivanın bu yay Vaşinqtona səfəri zamanı ABŞ rəsmiləri onu Ukrayna sazişinin imzalanmasından sonra Rusiyanın dondurulmuş aktivlərini geri qaytarmaq planları barədə məlumatlandırıblar.
Editor.az xəbər verir ki, “Politico” mənbələrə istinadən xəbər verir ki, ABŞ-ın 28 maddəlik sülh planının ilkin layihəsinə ABŞ-ın himayəsi altında “Ukraynanın yenidən qurulması və iqtisadiyyatına investisiya qoyulması” səylərinə 100 milyard dollarlıq aktivlərin göndərilməsi daxil olub. Avropa rəsmiləri ABŞ-ın nominal olaraq Ukraynanın yenidən qurulması üçün istifadə ediləcək aktivlərin bir hissəsini götürməsi və “qalan hissəsini Rusiya ilə bölüşdürməsi” perspektivindən qəzəbləniblər.
Qeyd edək ki, Rusiyanın Avropa Birliyindəki dondurulmuş aktivlərinin dəyəri təxminən 210 milyard avrodur. Bunlardan təxminən 185 milyard avrosu Belçikanın “Euroclear” depozitariyasında saxlanılır. Belçika Avropa Birliyi (AB) ölkələrindən “hüquqi cəhətdən məcburi, qeyd-şərtsiz və geri qaytarılmayan” kredit zəmanətləri vermələrini tələb edib. O, həmçinin potensial məhkəmə prosesləri ilə bağlı bütün hüquqi risklərin bütün AB ölkələri arasında bölüşdürülməsində israr edir. Rusiya aktivləri ilə bağlı yekun qərar 18 dekabrda verilə bilər.
//Samir Qurbanov, Editor.az

