ABŞ Rusiyanın ittihamlarını rədd edibbackend

ABŞ Rusiyanın ittihamlarını rədd edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Dövlət Departamenti əvvəllər ABŞ-ın Vladivostokdakı Baş Konsulluğunda işləmiş və Rusiya tərəfindən həbs edilmiş Robert Şonova qarşı casusluq ittihamlarını rədd edib.

Editor.az xarici mediaya istinadən bildirir ki, ABŞ Dövlət Departamenti məsələ ilə bağlı yazılı açıqlama yayıb.

Bəyanatda Şonovun Rusiya qanunlarına və qaydalarına uyğun olaraq işə götürüldüyü vurğulanıb. Rusiyanın “gizli əməkdaşlıq” qanunu çərçivəsində ABŞ Baş Konsulluğunun keçmiş əməkdaşı Şonovu hədəfə alması ölkənin öz vətəndaşlarına qarşı repressiya tətbiqlərinin artdığını göstərdiyi də qeyd edilib.

Rusiyanın TASS xəbər agentliyi Şonovun “xarici dövlətlə gizli əməkdaşlıqda” ittiham edildiyini açıqlayıb.

//Safura Bənnayeva, Editor.az