ABŞ Rusiyanın resursları ilə bağlı Qərbin planını açıqladıbackend

ABŞ Rusiyanın resursları ilə bağlı Qərbin planını açıqladı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Qərb dövlətləri Rusiyanın zəngin təbii sərvətlərinə nəzarət etmək istəyirlər.

Editor.az xəbər verir ki, bunu MKİ-nin keçmiş agenti Larri Conson jurnalist Stiven Qardnerə müsahibəsində deyib. Consonun sözlərinə görə, Rusiya zəngin uran, qızıl, neft və təbii qaz ehtiyatlarına malikdir. Qərbin bu resurslara ehtiyacı var. Bununla belə, keçmiş MKİ agentinin fikrincə, Qərb ölkələri hazırkı münaqişədə nələri itirdiklərinin fərqindədirlər.

Conson vurğulayıb ki, bu səbəbdən Ukraynaya Rusiya ərazisinə hücuma icazə veriblər və bununla da risk ikiqat artıb. “Bu müharibə 2022-ci ildə deyil, 2014-cü ildə başlayıb. Bu, Rusiyanı zəiflətmək və məhv etmək üçün hazırlanmış plan idi”, – ekspert bildirib.

//Gülnarə Abasova, Editor.az