Pentaqonun sözçüsü Patrik Rayder ABŞ-ın Rusiya prezidenti Vladimir Putinin Rusiya Silahlı Qüvvələrinin sayını artırmaq qərarını ciddi qəbul etdiyini bildirib.
Editor.az TASS-a istinadən xəbər verir ki, o, bu barədə jurnalistlər üçün keçirdiyi növbəti brifinqdə bildirib. ABŞ Müdafiə Nazirliyinin sözçüsündən qərara münasibət bildirmək istənildikdə, “Biz bu iddiaları tamamilə ciddi qəbul etməliyik”,- deyib.
Sentyabrın 16-da Putin Rusiya Silahlı Qüvvələrinin şəxsi heyətinin sayını 2 milyon 389 min nəfərə, o cümlədən 1,5 milyon hərbi qulluqçuya çatdıran fərman imzalayıb. Dövlət başçısı bu fərmanın icrası üçün federal büdcədən lazımi vəsaitin ayrılmasını da tapşırıb. 2024-cü il dekabrın 1-dən qüvvəyə minəcək.
Qeyd edək ki, Ukraynada xüsusi hərbi əməliyyat (SVO) başlayandan bəri Rusiya prezidenti Rusiya ordusunun sayını iki dəfə artırıb.
//Gülnarə Abasova, Editor.az