“ABŞ Rusiyanın Ukraynanı “dondurmasına” imkan verməyəcək”-Ağ Ev sözçüsübackend

“ABŞ Rusiyanın Ukraynanı “dondurmasına” imkan verməyəcək”-Ağ Ev sözçüsü

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“ABŞ, eləcə də müttəfiqləri və tərəfdaşları ukraynalıların dağılmış infrastrukturlarını bərpa etmək və Rusiyanın qış soyuğunu Ukraynaya qarşı silaha çevirməsinin qarşısını almaq üçün lazım olan hər şeyi təmin etmək üçün fəaliyyətini davam etdirəcək”.

Editor.az “Ukrinform” istinadən xəbər verir ki, bu barədə Ağ Evin Milli Təhlükəsizlik Şurasının strateji kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib.

“Birincisi, biz Ukrayna Silahlı Qüvvələrini döyüş meydanında uğur qazanmaq üçün lazım olan alətlər, silahlar, imkanlar və təlimlərlə təmin etməyə davam edəcəyik”, – ABŞ administrasiyasının rəsmisi bildirib.

Bununla bağlı o xatırladıb ki, Ukrayna Silahlı Qüvvələri son bir neçə həftə ərzində aydın şəkildə görünən müəyyən uğurlar əldə edib.

Ağ Ev sözçüsü bildirib ki, onlar ukraynalıların dağıdılmış sistemlərinin işini bərpa etmək, enerji təchizatını həyata keçirmək üçün Ukraynaya lazım olan avadanlıqları, transformatorları təmin etməyə çalışırlar.

O deyib ki, bu siyahı uzundur. Kirbi eyni zamanda qeyd edib ki, bütün avadanlıq ABŞ-dan gəlmir:
“Xüsusilə, Ukraynada elektrik şəbəkələri və elektrik avadanlıqları Avropa standartlarına malikdir. Buna görə Birləşmiş Ştatlar müttəfiqləri və tərəfdaşları ilə bu məsələdə çox sıx işləyir”.

Ağ Evin sözçüsü Ukraynaya qarşı öncə qidadan silah kimi istifadə edən, sonra hədə-qorxu gələn, indi isə qış soyuğuni silah seçən Putin rejiminin etdiklərini iyrənc adlandırıb.

Kirbi vurğulayıb ki, Rusiyanın demək olar ki, bütün son raket zərbələri mülki infrastrukturu, xüsusilə enerji, su və istilik təchizatı obyektlərini hədəf alıb.

//Samir Qurbanov, Editor.az