ABŞ Rusiyaya elə bir “sürpriz” hazırlayır ki… – “Röyters”backend

ABŞ Rusiyaya elə bir “sürpriz” hazırlayır ki… – “Röyters”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ hakimiyyət Rusiyanın Ukraynaya ehtimal edilən müdaxiləsi durumunda “sərt ixrac nəzarəti”nin tətbiqi imkanını nəzərdən keçirir.

Editor.az Axar.az-a istinadən xəbər verir ki, bu barədə “Röyters” agentliyi ABŞ Prezidenti Co Baydenin administrasiyasındakı mənbəyə istinadən məlumat yayıb.

Qeyd olunub ki, xüsusilə smartfon, hava və avtomobil hissələrinin idxalının məhdudlaşdırılması imkanları öyrənilir. Agentliyin məlumatına görə, bu tədbirlər paketi iqtisadi sanksiyalara əlavədir və dekabrın 21-də ABŞ-ın yüksək rütbəli rəsmilərinin görüşündə müzakirə olunub.

Yuxarıda qeyd olunan məhdudiyyətlər Rusiyanın kütləvi istehlakçı və sənaye üçün nəzərdə tutulan genişspektrli texnologiyalara çıxışını əngəlləyə bilər.

Administrasiyadakı mənbə potensial tədbirlərin Rusiya üçün “görünməmiş” olacağını söyləyib.