ABŞ Rusiyaya əsir mübadiləsi təklif edə bilərbackend

ABŞ Rusiyaya əsir mübadiləsi təklif edə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağ Evin Milli Təhlükəsizlik Şurasının Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi bildirib ki, ABŞ Rusiyaya əsir mübadiləsi üçün yeni təklif təqdim etmək imkanını araşdırır.

Editor.az bu barədə RİA Novosti-yə istinadla məlumat yayıb. Kirbi hazırda bu məsələ ilə bağlı hər hansı irəliləyiş elan edə bilməyəcəyini vurğulayıb. O, Amerika tərəfinin Moskvaya ciddi təklif etdiyini, lakin bu təklifin rədd edildiyini vurğulayıb. O əlavə edib ki, Vaşinqton Rusiyadan Pol Uilan və Evan Qerşkoviçin geri qaytarılmasında daha uğurlu ola biləcək başqa bir təklif üzərində çox işləyir.

Qeyd edək ki, bir müddət əvvəl Ağ Evin Strateji Kommunikasiyalar üzrə koordinatoru Con Kirbi ABŞ-ın casusluq ittihamı ilə saxlanılan Pol Uilan və jurnalist Evan Qerşkoviçin ekstradisiyası ilə bağlı Rusiya ilə fəal danışıqlar apardığını bildirmişdi.

//Gülnarə Abasova, Editor.az