ABŞ Rusiyaya idxalı qadağan edilən malların siyahısını dərc edibbackend

ABŞ Rusiyaya idxalı qadağan edilən malların siyahısını dərc edib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki
ABŞ Rusiyaya idxalı qadağan edilən malların siyahısını dərc edib. Bu barədə Editor.az Kommersant-a istiandən xəbər verir.
Xəbərə görə, siyahıya aşağıdakı mallar daxildir: – spirtli içkilər (viski, burbon və s.); – tütün məmulatı (tütün, kiçik siqarlar, siqarlar, siqarillolar və s.); – parfümeriya, kosmetika və ya tualet məhsulları (ətriyyat, tualet suyu və s.); – dəri məmulatı, səyahət malları və çantalar; – xəz dəriləri və süni xəzlər, xəz məmulatı; – ağac və ağac məmulatı (heykəlciklər və digər bəzək əşyaları); – çap olunmuş kitablar, qəzetlər, fotoşəkillər və poliqrafiya sənayesinin digər məhsulları (əskinaslar və s.); – xam ipək; – xalçalar və digər tekstil döşəmə örtükləri; – geyim və geyim aksesuarları; – keramika məhsulları; – təbii və ya mədəni mirvarilər, qiymətli və ya yarıqiymətli daşlar, qiymətli metallar, qiymətli metallarla üzlənmiş metallar və məmulatlar, imitasiya zərgərlik məmulatları; – nüvə reaktorları, qazanlar, maşınlar və mexaniki qurğular; – dəmir yolundan başqa nəqliyyat vasitələri və ya tramvay vaqonları; – saatlar, o cümlədən qol saatları (qiymətli metallar istifadə edilməklə); – müxtəlif sənaye məhsulları; – sənət əsərləri, kolleksiya əşyaları və antikvarlar. Xəbər verdiyimiz kimi, Rusiyanın Ukraynaya qarrşı apardığı müharibə səbəbindən Qərb ölkələri bu ölkəyə yeni sanksiyalar tətbiq edir.
  Editor.az