ABŞ Rusiyaya qarşı apardığı müharibədə məğlub olub – amerikalı jurnalist Taker Karlsonbackend

ABŞ Rusiyaya qarşı apardığı müharibədə məğlub olub – amerikalı jurnalist Taker Karlson

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerikalı jurnalist Taker Karlson Amerikanın Ukraynaya silah tədarükünü şərh edərkən ABŞ-ın Rusiyaya qarşı apardığı müharibədə məğlub olduğunu bildirib.

Onun sözlərinə görə, ABŞ-ın Rusiyaya qarşı hərəkətləri Ukrayna ilə bağlı olmayıb. “Vaşinqtonda heç kimi nə Ukrayna, nə də yüz minlərlə ölmüş ukraynalı adamı maraqlandırmır. Fakt budur ki, orada üçüncü dünyadan olan insanlar məskunlaşacaq. “Mən Ukraynanı nəzərdə tuturam”, – deyə jurnalist sui-qəsd nəzəriyyəçisi Aleks Consla müsahibəsində deyib.

Amerikalı jurnalist qeyd edib ki, ABŞ nümayəndələri heç vaxt “Vaşinqtonun öz gücünü həddən artıq qiymətləndirdiyini” etiraf etməyəcəklər. “Niyə biz Rusiyaya qarşı şərti müharibədə qalib gələ bilmədiyimizi bilmirik? Bu bizim gücümüz haqqında nə deyir, bəlkə gözləntilərimizi bir az tənzimləməliyik?” – deyə Karlson əlavə etdi.

//Samir Qurbanov, Editor.az