Rusiya Təhlükəsizlik Şurasının sədr müavini Dmitri Medvedev START III müqaviləsinin imzalanmasından sonra ABŞ-ın Rusiyaya qarşı yürütdüyü siyasəti “elan edilməmiş müharibə” adlandırıb.
Medvedevin sözlərinə görə, Vaşinqtonun Moskvaya qarşı hərəkətləri nüvə münaqişəsi təhlükəsinin artmasına səbəb olub. “Onlar qərara gəliblər ki, Rusiya ilə nüvə paritetini formal olaraq saxlaya və eyni zamanda qeyri-məhdud sanksiyalardan, daha sonra öz silahlarından və mütəxəssislərindən istifadə edərək bizə qarşı elan olunmamış müharibə apara bilərlər. Bu, dünyanı Üçüncü Dünya Müharibəsinin başlaması riski ilə üz-üzə qoyub”, – Təhlükəsizlik Şurasının sədr müavini öz Telegram kanalında yazıb.
Medvedevin sözlərinə görə, yalnız Ağ Evin hazırkı rəhbəri Donald Trampın administrasiyası belə bir təhlükənin olduğunu etiraf edib. Avropada onlar nüvə münaqişəsi riskinin artdığını etiraf etməkdən imtina edərək, “cüzi strateji potensiallarını” sarsıdıblar.
//Samir Qurbanov, Editor.az