ABŞ Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları yumşaltmağı düşünür – “Reuters” agentliyibackend

ABŞ Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları yumşaltmağı düşünür – “Reuters” agentliyi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Ukraynaya təcavüzə görə Rusiyaya qarşı tətbiq etdiyi sanksiyaları yumşaltmağı düşünür.

Editor.az xəbər verir ki, bu barədə “Reuters” agentliyi Amerika administrasiyasındakı mənbələrə istinadən məlumat yayıb. Agentliyin Vaşinqtondakı həmsöhbətlərindən biri deyib ki, bu, prezident Donald Trampın “Moskva ilə əlaqələri bərpa etmək və Ukraynada müharibəni dayandırmaq” planının bir hissəsidir.
Ağ Ev Dövlət Departamentinə və Maliyyə Nazirliyinə sanksiyaların siyahısını hazırlamağı xahiş edib, onların yumşaldılması Rusiya ilə mümkün danışıqlarda potensial müzakirə mövzusuna çevrilə bilər. Mənbələrin məlumatına görə, söhbət bəzi hüquqi və fiziki şəxslərə, o cümlədən bəzi rusiyalı oliqarxlara qoyulan məhdudiyyətlərin aradan qaldırılmasından gedir.

“Reuters” qeyd edir ki, yanvar ayında Tramp Rusiya Ukraynada müharibənin dayandırılması ilə bağlı danışıqlar aparmaq istəməsə, Kremli sanksiyaların artırılması ilə hədələmişdi. Bununla belə, son vaxtlar Tramp administrasiyasının rəsmiləri bu ölkəyə təzyiqlərin yumşaldılmasının mümkünlüyünü açıq şəkildə etiraf edirlər.

//Samir Qurbanov, Editor.az