ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşırbackend

ABŞ Rusiyaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Ağ Ev sözçüsü Cen Psaki Ukraynanın Buça şəhərində mülki şəxslərin işgəncəyə məruz qalmış meyitlərinin aşkar olunmasından sonra Avropa ölkələri ilə birlikdə Rusiyaya qarşı yeni iqtisadi sanksiyalar tətbiq edəcəklərini açıqlayıb.

Editor.az-ın məlumatına görə, Psaki sanksiyaların Rusiya hökumət rəsmilərini, onların ailə üzvlərini, Rusiya dövlətinə bağlı qurum və təşkilatları əhatə edəcəyini bildirib.

Ağ Ev sözçüsü eyni zamanda Ukrayna prezidenti Volodimir Zelenskinin BMT Təhlükəsizlik Şurasında çıxışı zamanı şuranın Ukrayna üçün əlindən gələni etməməsi və Rusiyanın hələ də şuranın daimi üzvü olması ilə bağlı tənqidlərinə də münasibət bildirib:

“Rusiyanın hələ də BMT TŞ-nin daimi üzvü olması ilə bağlı Zelenskinin məyusluğunu bölüşürük və bu məsələdə hələ ki heç bir dəyişiklik görə bilmirik. Hazırda biz Ukraynaya bir çox sahələrdə yardım göstərməyə çalışırıq. Bunlardan biri Ukraynaya birbaşa hərbi texnikanın verilməsidir”.

//Fərrux, Editor.az