ABŞ Rusiyaya tam ticarət embarqosu tətbiq edə bilərbackend

ABŞ Rusiyaya tam ticarət embarqosu tətbiq edə bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Rusiya Federasiyası xarici işlər nazirinin müavini Sergey Ryabkov ABŞ-ın Rusiyaya qarşı tam ticarət embarqosu tətbiq edəcəyini istisna etməyib.

Onun sözlərinə görə, Rusiyada “sığorta işi” gedir, çünki Vaşinqton “istənilən bazar praktikasına zidd” qərarlar qəbul edə bilər. Nazir müavininin sözlərinə görə, ABŞ-da embarqonun müzakirəsi bir neçə məqsədə xidmət edir. Birincisi, Rusiya Federasiyasına psixoloji təsir göstərmək və biznesdə və cəmiyyətdə qeyri-müəyyənlik və narahatlıq yaratmaq, ikincisi, “zaman keçdikcə konkret praktik forma almağa başlaya bilən” məsələlərin diskursa daxil etmək. Ryabkovun sözlərinə görə, bu texnologiya ABŞ-da “əsrlər olmasa da” onilliklərdir ki, tətbiq olunur.

Moskva hesab edir ki, Vaşinqton hibrid müharibə aparır və bu müharibə “qaynar fazadadır. Hər yerdə, o cümlədən biznes ictimaiyyətimizdə ABŞ-ın bütün səviyyələrdə səriştəsiz olduğu yaxşı başa düşülür və orada siyasi səbəblərə görə istənilən bazar praktikasına tamamilə zidd qərarlar qəbul edilə bilər. Buna əsaslanaraq, biz müəyyən hazırlıq işləri aparırıq ki, ixrac imkanlarımız daralmasın və məhsulların satışı üçün alternativ bazarlar olsun”, – deyə Ryabkov jurnalistlərə bildirib.

Xatırladaq ki, tam embarqonun tətbiqi ehtimalını bu həftənin əvvəlində ABŞ prezidentin milli təhlükəsizlik məsələləri üzrə köməkçisinin müavini Dalip Sinq açıqlayıb. Hələ 2022-ci ildə ABŞ maliyyə nazirinin müavini Uolli Adeyemo də belə sanksiyaların tətbiq olunacağını istisna etməmişdi.

//Samir Qurbanov, Editor.az