ABŞ Salman Rüşdünün öldürülməsi üçün mükafat vəd edən İran Fonduna sanksiya tətbiq etdibackend

ABŞ Salman Rüşdünün öldürülməsi üçün mükafat vəd edən İran Fonduna sanksiya tətbiq etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ yazıçı Salman Rüşdinin qətlinə görə mükafat vəd edən İranın “15 Khordad Foundation” maliyyə sanksiyaları tətbiq edib.

Editor.az bildirir ki, bu barədə oktyabrın 28-də AR-dan məlumat verilib. Məlumatda deyilir ki, Fondun üzvlərinin ABŞ-dakı bütün maliyyə hesabları və daşınmaz əmlakları dondurulub və onların ölkəyə girişinə qadağa qoyulub.

ABŞ Maliyyə Nazirliyinin Xarici Aktivlərə Nəzarət İdarəsinin məlumatına görə, fond 1979-cu ildə yaradılıb. 2012-ci ildə o, Rüşdinin öldürülməsinə görə mükafatın məbləğini 2,8 milyon dollardan 3,3 milyon dollara yüksəltmişdi.