ABŞ seçkilərlə əlaqədar Venesuelaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşırbackend

ABŞ seçkilərlə əlaqədar Venesuelaya qarşı yeni sanksiyalar tətbiq etməyə hazırlaşır

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Venesuelada prezident seçkilərinin nəticələri ABŞ-ın nəzərdən keçirdiyi müstəqil məlumatlarla ziddiyyət təşkil edir və buna görə də Vaşinqton Latın Amerikası ölkəsinə qarşı sanksiyaları ləğv etməyəcək və yeni sanksiyalar tətbiq edə bilər.

Reuters və Bloomberg bu barədə Amerika prezidenti Co Bayden administrasiyasının yüksək vəzifəli rəsmilərinə istinadən yazır.

İyulun 29-da Venesuela prezidentliyinə namizəd Nikolas Maduronun qərargahı onun qələbəsini elan edib. Müxalifət siyasətçinin qələbəsini tanımayıb və qalibi Edmundo Qonzalesi elan edib. Müxalifət lideri Maria Korina Maçado hərbçilər qarşısında çıxış edərək Maduronun istefasını tələb edib. Bloomberg-in məlumatına görə, Edison Research (ABŞ) tərəfindən keçirilən exit-poll göstərib ki, Qonzales Maduronu 30 faizdən çox qabaqlayıb. Venesuelanın “Hinterlaces” şirkəti isə əksinə, “exit-poll”da Maduronun lider olduğunu göstərib (səslərin 54,6%-i, Qonzales 42,8%-i).

Reuters həmçinin bildirir ki, Vaşinqton səslərin təfərrüatlı hesablamalarını dərc etməsi üçün Maduroya təzyiqi artıracaq, əks halda beynəlxalq ictimaiyyət elan edilmiş nəticələri qəbul etməyəcək.

//Gülnarə Abasova, Editor.az