ABŞ səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıbbackend

ABŞ səfiri Rusiya Xarici İşlər Nazirliyinə çağırılıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-nin Rusiyadakı səfiri Linn Treysi Rusiya Xarici İşlər Nazirliyinə (XİN) çağırılıb.

Bu barədə Rusiya Xarici İşlər Nazirliyinin Mətbuat Xidməti məlumat yayıb.

Məlumatda qeyd olunub ki, Birləşmiş Ştatların Rusiyadakı səfiri Linn Treysinin diqqətinə çatdırılıb ki, ABŞ-nin üç QHT-si (“Institute of International Education”, “American Councils for International Education”, “Cultural Perspectives”) səfirliyin dəstəyi ilə Rusiya Federasiyasında təhsil və mədəniyyət mübadiləsi adı altında anti-Rusiya proqramları və layihələri hazırlayır.

Bundan əlavə ABŞ-nin Rusiyadakı səfirinə rəsmi nota təqdim olunub.

Linn Treysinin diqqətinə çatdırılıb ki, adları qeyd olunan QHT-lərin fəaliyyətində yardım dayandırılmalıdır, əks halda bu, Rusiya qanunvericiliyinin pozulması kimi qiymətləndiriləcək.

Oxu.az