ABŞ səfirliyi amerikalıları Rusiyanı dərhal tərk etməyə çağırdıbackend

ABŞ səfirliyi amerikalıları Rusiyanı dərhal tərk etməyə çağırdı

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

“Rusiyada olan ABŞ vətəndaşları ən qısa müddətdə Rusiya Federasiyasının ərazisini tərk etməlidirlər”.

Müvafiq xəbərdarlıq ABŞ səfirliyinin internet saytının ingilis dilli versiyasında dərc olunub. Səfirlik həmçinin ABŞ vətəndaşlarına Rusiyaya səfər etməməyi də tövsiyə edib.

“Rusiyanı tərk etmək istəyirsinizsə, mümkün qədər tez hərəkətə keçməlisiniz. Lakin bunu müstəqil şəkildə etməlisiniz. Çünki ABŞ səfirliyinin öz vətəndaşlarına kömək etmək imkanları hazırda məhduddur. Nəqliyyat imkanları da daxil olmaqla bu məhdudiyyətlər qəfildən daha da kəskinləşə bilər. ABŞ vətəndaşları Rusiyaya səyahət etməməlidirlər. Rusiyada yaşayan və ya səyahət edənlər isə nə qədər ki məhdud kommersiya səyahət imkanları qüvvədədir, dərhal Rusiyanı tərk etməlidirlər”, – deyə xəbərdarlıqda qeyd edilir.