ABŞ Səhiyyə Departamenti: mRNT peyvəndi təsirli deyilbackend

ABŞ Səhiyyə Departamenti: mRNT peyvəndi təsirli deyil

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Səhiyyə və İnsan Xidmətləri Naziri Robert F. Kennedy Jr COVID-19 və yuxarı tənəffüs yollarının infeksiyaları kimi xəstəliklər üçün istifadə edilən mRNA vaksinlərinin təsirli olmadığını bildirib.

Editor.az bu barədə xarici mediaya istinadla yazır.

Bildirilib ki, bu səbəbdən ümumi dəyəri 500 milyon dollar olan 22 mRNT peyvəndinə investisiyalar dayandırılıb.

Kennedi açıqlamasında deyib: “Elmi məlumatları nəzərdən keçirdik, mütəxəssisləri dinlədik və tədbir gördük. Biotibbi Qabaqcıl Tədqiqat və İnkişaf İdarəsi (BARDA) 22 mRNA vaksininin hazırlanmasına investisiyasını dayandırır, çünki məlumatlar bu vaksinlərin COVID və qrip kimi yuxarı tənəffüs yolu infeksiyalarına qarşı effektiv qorunma təmin etmədiyini göstərir. Biz bu maliyyəni viruslar mutasiyaya uğrasa belə effektivliyini qoruyan daha təhlükəsiz və daha geniş peyvənd platformalarına yönləndiririk”.

//Gülnarə Abasova, Editor.az