ABŞ Konqresinin yuxarı palatası olan Senatda prezident Co Baydenin hakimiyyətdə olduğu müddətdə ölkəni əslində kimin idarə edə biləcəyini öyrənmək üçün rəsmi proses başlanıb.
Editor.az bu barədə Axios-a istinadla xəbər verir. Bildirilib ki, Senatın Daxili Təhlükəsizlik Komitəsinin İstintaq Alt Komitəsinin sədri Ron Conson, fiziki və ruhi sağlamlıq problemləri ilə mübarizə aparan Co Baydenin yerinə ABŞ-a kimin rəhbərlik etməli olduğunu öyrənmək üçün araşdırmaya başlayıb.
“Biz bunu etməliyik. Yəni hökuməti kim idarə edirdi?” ,- deyə Conson bildirib ki, tezliklə keçmiş prezidentlə birbaşa əlaqədə olan onlarla insana məktublar göndərməyə başlayacaq.
ABŞ prezidenti Donald Tramp mayın 20-də verdiyi açıqlamada sələfinin çevrəsini vətənə xəyanətdə ittiham edib. Tramp iddia edib ki, Baydenin ətrafı onun fiziki və psixi sağlamlıq problemlərini bilsə də, onları ört-basdır edib.
//Gülnarə Abasova, Editor.az