ABŞ-da federal hökumət 14 gün müddətinə fəaliyyətini dayandırıb. Səbəb Senatda Respublikaçıların təklif etdiyi büdcə qanun layihəsinin təsdiqlənməməsidir.
Editor.az xəbər verir ki, ABŞ Konqresinin yuxarı palatasında keçirilən səsvermə zamanı respublikaçıların hökumətin maliyyələşdirilməsini davam etdirmək üçün irəli sürdüyü sənəd kifayət qədər dəstək qazana bilməyib.
Senatın Respublikaçı lideri Con Tun (John Thune) bildirib ki, federal hökumətin bağlanmasına son qoymaq üçün hələ də beş demokrat senatorun səsinə ehtiyac var.
ABŞ Maliyyə Naziri Skott Bessent isə açıqlamasında hökumətin fəaliyyətinin dayandırılmasının artıq ölkə iqtisadiyyatına və vətəndaşların gündəlik həyatına mənfi təsir göstərməyə başladığını qeyd edib.
//Gülnarə Abasova, Editor.az

