ABŞ Senatı Rusiyanı “soyqırım” törədən ölkə kimi tanıya bilərbackend

ABŞ Senatı Rusiyanı “soyqırım” törədən ölkə kimi tanıya bilər

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Senatının Xarici Əlaqələr Komitəsi Rusiya Federasiyasının Ukraynaya qarşı fəaliyyətini soyqırım kimi tanıyan qətnamə layihəsini təsdiqləyib.

Editor.az “Amerikanın Səsi”nin Ukrayna xidmətinə istinadən məlumat verir ki, sənəd Senata təqdim olunacaq, lakin səsvermənin tarixi hələ müəyyən edilməyib.

Qətnamə layihəsində deyilir ki, Senat “Rusiya Federasiyasını Ukrayna xalqına qarşı soyqırım aktları törətdiyinə görə qınayır”.

Sənəddə həmçinin qeyd olunur ki, Senat ABŞ-ı NATO və Avropa İttifaqı ilə birlikdə “Rusiyanın Ukrayna xalqına qarşı soyqırım siyasətinin qarşısını almaq üçün Ukrayna hökumətini dəstəkləməyə” çağırır.

Layihədə həmçinin bildirilir ki, Senat “təcavüzkar müharibə, müharibə cinayətləri, insanlıq əleyhinə cinayətlər və soyqırımlara görə Rusiya siyasi liderlərini və hərbi heyətini məsuliyyətə cəlb etmək üçün tribunalları və beynəlxalq cinayət araşdırmalarını dəstəkləyir”.

//Samir Qurbanov, Editor.az