ABŞ Senatı Ukrayna və İsrailə dəstək paketini rədd etdibackend

ABŞ Senatı Ukrayna və İsrailə dəstək paketini rədd etdi

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Senatı Ukrayna və İsrailə dəstək, habelə ABŞ-ın digər milli təhlükəsizlik prioritetlərini maliyyələşdirməyə dair ümumi məbləği 110 milyard dollar olan qanun layihəsini rədd edib.

Editor.az bildirir ki, bu barədə“The Washington Post” yazıb. WP aydınlaşdırır ki, 49 konqresmen qanun layihəsinin “lehinə”, 51-i isə “əleyhinə” səs verib. Rədd edilən yardım paketinə Ukrayna, İsrail, Tayvana dəstək, həmçinin ABŞ-Meksika sərhədində sərhəd patrulunun maliyyələşdirilməsi daxildir. Ağ Ev dəfələrlə bəyan edib ki, bu maliyyə təsdiq edilmədən ABŞ-ın bir neçə həftə ərzində Ukraynanı dəstəkləmək üçün pulu tükənəcək.

Dekabrın 6-da ABŞ prezidenti Co Bayden Konqresi təcili olaraq Ukraynaya maliyyə yardımını təsdiqləməyə və partiyalararası fikir ayrılıqlarını bir kənara qoymağa çağırıb. O, Rusiyanın Ukraynanı məğlub edə biləcəyi təqdirdə NATO ölkələrinə hücum edəcəyi ilə bağlı fikirlər söyləyib. Respublikaçılar israr edirlər ki, yardım paketinə Meksika ilə sərhəddə immiqrasiya siyasətini sərtləşdirmək üçün düzəlişlər də daxil edilsin.

//Samir Qurbanov, Editor.az