ABŞ Senatında İsrail və Ukraynaya yardımla bağlı səsvermə olacaqbackend

ABŞ Senatında İsrail və Ukraynaya yardımla bağlı səsvermə olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Senatı Amerika lideri Co Baydenin tələbi ilə İsrail və Ukraynaya yardıma səs verəcək.

Editor.az “Politico”ya istinadən bildirir ki, bu barədə Konqresin yuxarı palatasındakı demokrat çoxluğun lideri Çak Şumerin məktubuna istinadən xəbər verir.

Onun sözlərinə görə, səsvermə 2023-cü il dekabrın 4-ü bazar ertəsinə təyin edilib. Şumer deyib: “Hər iki tərəfin dəstəkləyə biləcəyi məqbul, realist razılaşmaya nail olmaq üçün bizə ikitərəfli əməkdaşlıq və kompromis lazımdır”.

ABŞ Kiyevə yardımı yalnız o şərtlə davam etdirə bilər ki, Konqres federal büdcədən Ukraynaya dəstək üçün əlavə vəsaitin ayrılmasını təsdiq etsin. Bu barədə Pentaqonun mətbuat katibinin müavini Sabrina Sinq bildirib.

//Samir Qurbanov, Editor.az