ABŞ Senatının Kiyevə yardım paketi ilə bağlı yekun səsvermənin nə vaxt keçirəcəyi açıqlanıbbackend

ABŞ Senatının Kiyevə yardım paketi ilə bağlı yekun səsvermənin nə vaxt keçirəcəyi açıqlanıb

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Amerika Birləşmiş Ştatların Senatı bu həftə İsrail-Ukraynayardım qanun layihəsinə ABŞ-ın cənub sərhədində nəzarəti gücləndirən müddəaları ehtiva etməyən yekun səsverməni dəstəkləyib.

Editor.az xəbər verir ki, bu barədə Senatın saytında dərc olunan məlumatda deyilir. Senatorlar qanun layihəsinin müzakirəsini 30 saatla məhdudlaşdırmağa razılaşıblar. Layihə 95 milyard dollar, Ukraynaya 60,06 milyard, İsrailə isə 14,1 milyard dollar maliyyə yardımı ayırmağı nəzərdə tutur. 66 senator onun lehinə, 33-ü isə əleyhinə səs verib. Yekun səsvermənin çərşənbə günü keçirilə biləcəyi bildirilir.

Senat bu qanun layihəsini təsdiq edərsə, o, baxılmaq üçün Nümayəndələr Palatasına gedəcək. Fevralın 13-nə keçən gecə amerikalı iş adamı İlon Mask bildirib ki, yeni yardım paketi və hərbi əməliyyatların davam etdirilməsi Ukraynaya kömək edə bilməz.

//Gülnarə Abasova, Editor.az