ABŞ senatorları rusiyalı Vaqner qrupunu “terror təşkilatı” elan etməyi təklif edirbackend

ABŞ senatorları rusiyalı Vaqner qrupunu “terror təşkilatı” elan etməyi təklif edir

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

Bir neçə ABŞ senatoru Rusiyanın özəl təhlükəsizlik şirkəti  Vaqner qrupunu    xarici “terror təşkilatı” kimi tanımağı təklif edib.

Editor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə açıqlamasında ABŞ senatoru Lindsey Graham Rusiya mərkəzli Vaqner Qrupunun xarici “terror təşkilatı” elan edilməsini nəzərdə tutan partiyalararası qanun layihəsinin yenidən təqdim ediləcəyini bildirib.

Yanvar ayında ABŞ Rusiyanın özəl təhlükəsizlik şirkəti Wagner Group-u “vacib transmilli cinayət təşkilatı” kimi müəyyən edib və qruplaşmaya bağlı şəxslər və təşkilatları, onun yaradıcısı Yevgeni Priqojini sanksiya siyahısına daxil edib. ABŞ səlahiyyətliləri Vaqneri Mərkəzi Afrika Respublikası, Mali və Ukraynada “cinayətkar fəaliyyət”də ittiham edib. Kremlin sözçüsü Dmitriy Peskov Vaşinqtonun Vaqner Qrupu ilə bağlı bu bəyanatların uzun illərdir davam etdiyini, bunların əsassız olduğunu və konkret arqumentlərinin olmadığını bildirib.

//Gülnarə Abasova, Editor.az