ABŞ senatoru Aİ-ni NATO-dan çıxmaqla hədələyibbackend

ABŞ senatoru Aİ-ni NATO-dan çıxmaqla hədələyib

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Senatının üzvü Mayk Li (R-Utah) Avropa İttifaqının (Aİ) X sosial şəbəkəsini cərimə edəcəyi təqdirdə ABŞ-ın NATO-dan çıxacağını bildirib.

O, bunu X sosial şəbəkəsində yazıb.

Dezinformasiyanın yayılmasına görə cərimələrin nəzərdə tutulduğu barədə xəbərə cavab olaraq deputat deyib: “Aİ bunu etsə, biz NATO-dan çıxacağıq”.

Aİ tənzimləyiciləri amerikalı sahibkar İlon Maskın X sosial şəbəkəsini qeyri-qanuni məzmun və dezinformasiya ilə mübarizə haqqında qanunu pozduğuna görə külli miqdarda cərimələr tətbiq etməyə hazırlaşır.

//Gülnarə Abasova, Editor.az