“Ağ Evin heç bir strategiya olmadan Ukraynaya pul verməsi tam dəlilikdir”.
Editor.az xarici mediaya istinadla xəbər verir ki, bu sözləri ABŞ senatoru Josh Hawley deyib.
Senator bildirib ki, vəsaitlər dayandırılmalı və yardımın necə xərcləndiyi araşdırılmalıdır. Senator Hawley Fox News-a verdiyi açıqlamada həmçinin Ukraynaya verilən vəsaitlərin Ukrayna hökuməti tərəfindən necə xərcləndiyinə diqqət yetirməyə çağırıb.
Qeyd edək ki, bu yaxınlarda ABŞ prezidenti Co Bayden Ukraynaya yeni hava hücumundan müdafiə sistemləri, mərmilər, artilleriya və tank əleyhinə silahlardan ibarət yeni hərbi yardım paketini təsdiqlədiyini açıqlayıb. ABŞ ordusunun Ukraynaya təhvil verdiyi texnikanın ümumi dəyəri təxminən 325 milyon dollar təşkil edib.
//Gülnarə Abasova, Editor.az

