ABŞ senatoru Vens: Ukrayna ərazisinin bir hissəsini Rusiyaya verməli olacaqbackend

ABŞ senatoru Vens: Ukrayna ərazisinin bir hissəsini Rusiyaya verməli olacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın respublikaçı senatoru J.D.Vens deyib ki, Ukrayna Rusiya ilə müharibənin sonunda ərazisinin bir hissəsini verə bilər.

Editor.az xarici KİV-ə istinadən xəbərinə görə, Vens əlavə edib ki, o, Ukraynanın Rusiyanı heç vaxt məğlub edə bilməyəcəyinə inanır.

Vens CNN-in canlı yayımında Ceyk Tapperin qonağı olaraq Rusiya-Ukrayna müharibəsi və ABŞ-ın Ukraynaya yardımı haqqında danışıb.

Senatda təsdiqini gözləyən Ukraynaya yardım paketinə qarşı çıxmasının səbəbinin Ukraynanın heç vaxt Rusiyanı məğlub edə bilməyəcəyinə inanması olduğunu bildirən Vens belə deyib: “Ukraynanın günün sonunda ərazisinin bir hissəsini Rusiyaya verməli olduğunu və bu müharibəni bitirməli olduğumuzu qəbul etmək ABŞ-ın marağında olardı. Yüz minlərlə günahsız mülki insanın itkisini nəzərə almalıyıq”.

ABŞ Konqresində Ukraynaya yardımla bağlı sərt müzakirələr davam edərkən, Ukrayna prezidenti Volodimir Zelenski dekabrın 5-də Senat üzvlərinə verəcəyi brifinqi son anda ləğv edib və qərarın səbəbi ilə bağlı dəqiq açıqlama verməyib.

Eyni zamanda senatdakı respublikaçılar dekabrın 6-da ABŞ prezidenti Co Baydenin İsrail və Ukraynaya yardım da daxil olmaqla 105 milyard dollarlıq büdcə tələbi ilə bağlı səsverməyə mane olub.

//Səbinə Hüseynli, Editor.az