ABŞ-ın respublikaçı senatoru Lindsey Graham “F-16” ların Türkiyəyə satışını dəstəklədiyini və iki ölkə arasında fikir ayrılıqlarına baxmayaraq, bunun ABŞ-ın milli maraqlarına xidmət edəcəyini bildirib.
Editor.az ABŞ mətbuatına istinadən xəbər verir ki, bu barədə senator Twitter hesabından verdiyi açıqlamada deyib.
“Mən Bayden administrasiyasının yeni “F-16″ nın NATO müttəfiqimiz Türkiyəyə satışını dəstəkləyirəm. Türkiyənin aviasiya imkanlarının yenilənməsi Türkiyə, ABŞ, NATO və regional təhlükəsizliyə fayda verəcək”, – Graham əlavə edib.
//Gülnarə Abasova, Editor.az

