ABŞ senatorundan Türkiyəyə: İsveç və Finlandiyanın NATO üzvlüyü təsdiqlənməyincə “F-16” satışı olmayacaqbackend

ABŞ senatorundan Türkiyəyə: İsveç və Finlandiyanın NATO üzvlüyü təsdiqlənməyincə “F-16” satışı olmayacaq

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ Demokratik Partiyasının Merilend ştatından olan senatoru Kris Van Hollen Türkiyəni sadiq olmayan müttəfiq kimi qələmə verib..

Editor.az xarici mediaya istinadla xəbər verir ki, bu barədə o, Milli Mətbuat Klubunda Türkiyə ilə münasibətləri dəyərləndirərkən deyib.

“Türkiyənin İsveç və Finlandiyanın NATO üzvlüyünə razılığı olmadan “F-16″ların satışını təsdiqləmək mümkün deyil. İsveç və Finlandiya üzvlüklərini qəbul etməsələr, F-16 Türkiyəyə satılmayacaq”,-deyə Hollen bildirib. Konqresdəki əksəriyyətin eyni fikirdə olduğuna diqqət çəkən Van Hollen, Ağ Evdə də bu istiqamətdə konsensusun olduğunu təxmin etdiyini bildirib.

Ankaranı hədəf alan sanksiyaların tətbiqi zərurətini müdafiə edən Van Hollen, “Türkiyə İsveç və Finlandiyanın NATO-ya üzv olmasının qarşısını almağa davam edərsə, sanksiya tətbiq edilməlidir”,deyə fikirlərinə davam edib. Senator qeyd edib ki, sanksiyalara alternativ Suriyanın şimalında mümkün hərbi əməliyyatlarda da dəyərləndirilməlidir.

//Gülnarə Abasova, Editor.az