Avqustun 5-də ABŞ Dövlət Departamentinin sözçüsü Metyu Miller Rusiya Təhlükəsizlik Şurasının katibi, keçmiş müdafiə naziri Sergey Şoyqunun İrana səfərini şərh edib.
Millerin sözlərinə görə, ABŞ-ın Rusiya Federasiyasının Yaxın Şərqdə gərginliyin azaldılmasında məhsuldar rol oynayacağına dair heç bir gözləntisi yoxdur. “Oktyabrın 7-də HƏMAS-ın İsrailə hücumundan sonra onların bu münaqişədə məhsuldar rol oynadığını görməmişik” – Miller deyib.
O, Şoyqunun səfərini İranın Rusiya Federasiyasının tərəfində Ukraynaya qarşı müharibədə iştirakı ilə əlaqələndirib: “Bu səfərin mümkünlüyünə baxmağın başqa bir yolu da odur ki, bu, İran hökuməti ilə Rusiya hökuməti arasında münasibətlərin möhkəmlənməsinə kömək edir. Rusiya Federasiyası Ukraynaya qanunsuz müdaxiləsinə dəstək axtarmaq üçün ölkələri gəzir”, – o əlavə edib.
Samir Qurbanov, Editor.az