ABŞ: “Şimali Koreya Rusiyanı silahla təmin edərsə, tədbir görməkdən çəkinməyəcəyik”backend

ABŞ: “Şimali Koreya Rusiyanı silahla təmin edərsə, tədbir görməkdən çəkinməyəcəyik”

  • whatsapp
  • messenger
  • telegram
  • vkontakte
  • odnoklassniki

ABŞ-ın Dövlət Departamentinin mətbuat katibi Metyu Miller mətbuat konfransında jurnalistlərin suallarını cavablandırıb.

Editor.az xarici mediaya istinadən bildirir ki, Şimali Koreya ilə Rusiya arasında hər hansı bir silah təhvilinin Birləşmiş Millətlər Təşkilatının Təhlükəsizlik Şurasının bir çox qətnaməsini pozacağını xatırladan Miller ABŞ-ın bu məsələdə mövqeyinin aydın olduğunu vurğulayıb.

“Baş verənləri izləyəcəyik və lazım gələrsə, bu insanların məsuliyyət daşıması üçün hərəkətə keçməkdən çəkinməyəcəyik”,-deyə o bildirib.

Rusiya rəsmilərinin Pxenyanla Şimali Koreyaya qarşı tətbiq edilən sanksiyaların ləğvini müzakirə edə biləcəklərinə dair açıqlamalarına toxunan Miller Rusiyanın BMT Təhlükəsizlik Şurasının sanksiyalarını birtərəfli qaydada ləğv edə bilməyəcəyinə diqqət çəkib.

//Safura Bənnayeva, Editor.az